
Azərbaycan neftinin qiyməti 72 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,32 ABŞ dolları və ya 1,85 % artaraq 72,78 ABŞ dolları təşkil edib.
Fins.az xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti 72,04 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,2 ABŞ dolları və ya 1,74 % artaraq 70,13 ABŞ dolları təşkil edib.