Azərbaycan neftinin qiyməti $109-u ötüb

Azərbaycan neftinin qiyməti $109-u ötüb

BİRJA
322

Fins.az - Azeri Light markalı Azərbaycan neftinin bir barrelinin qiyməti dünya bazarında 3,52 dollar, yəni 3,33% artaraq 109,1 dollara çatıb.

May ayı üçün Brent markalı neftin fyuçersləri 103,47 dollar səviyyəsində bağlanıb.

Türkiyənin Ceyhan limanında Azeri Light markalı Azərbaycan neftinin FOB bazasında qiyməti 3,61 dollar, yəni 3,55% artaraq 105,24 dollar olub.

Azərbaycanın dövlət büdcəsində bu il üçün neft qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub.

Xatırladaq ki, Azeri Light neftinin minimal qiyməti 21 aprel 2020-ci ildə 15,81 dollar, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 dollar olub.

Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində çıxarılır. Dövlət Neft Şirkətinin (SOCAR) bu müqavilədə payı 31,655% təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan neftinin qiyməti $109-u ötüb — Fins.az — Fins.az