
Azərbaycan nefti dünya bazarında bahalaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
Fins.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1.75 ABŞ dolları və ya 1,5% artaraq 118.16 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, “Azeri Light” markalı neftin əvvəlki qiyməti 116.41 ABŞ dolları olub.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin orta illik qiyməti 1 barel üçün 65 ABŞ dolları səviyyəsində götürülüb.