Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

BİRJA
254

Dünya enerji bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.

Finss.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,47 ABŞ dolları və ya 0,74% bahalaşaraq 63,87 ABŞ dollarına yüksəlib. Bildirilib ki, əvvəlki ticarət sessiyasında “Azeri Light” neftinin qiyməti 63,4 ABŞ dolları təşkil edib.

Məlumatda həmçinin vurğulanıb ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Mövcud qiymət dinamikası qlobal neft bazarlarında baş verən dəyişikliklər fonunda formalaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan nefti bahalaşıb — Fins.az — Fins.az