Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

BİRJA
243

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

Fins.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti 1,6% və ya 1,42 dollar artaraq, 88,59 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, bundan əvvəl "Azeri Light" 87,17 dollara ticarət edilib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan nefti bahalaşdı — Fins.az — Fins.az