"Azərbaycan İnvestisiya Şirkəti” müxtəlif müəssisələrdə payı qiymətləndirəcək

"Azərbaycan İnvestisiya Şirkəti” müxtəlif müəssisələrdə payı qiymətləndirəcək

BİRJA
608

"Azərbaycan İnvestisiya Şirkəti” ASC müxtəlif müəssisələrdə payının qiymətləndiricisinin seçimini elan edib

“Sorğuda iştirak üçün təkliflər 2020-ci il 9 iyul saat 17:00-dək qəbul olunur. Maraqlananlar +994 12 488-80-10 nömrəsi ilə əlaqə saxlaya bilərlər”, - AİŞ-dən qeyd olunub.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.

Hazırda AİŞ-nin sərmayələrinin 74,9%-i sənaye, 10,3%-i –ASK, 6,7%-i – sənaye məhəllələri, 5,1%-i – birgə fondlara, 3,1%-i – qida sənaye müəssisələrinin payına düşür.

 

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Azərbaycan İnvestisiya Şirkəti” müxtəlif müəssisələrdə payı qiymətləndirəcək — Fins.az — Fins.az