
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutub
Fins.az - 25 may 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 26.05.2026-cı il tarixində başlayıb, 11.05.2026-cı il tarixində bitmişdir.
AZ2008004585 İSİN kodlu istiqrazların yerləşdirilməsi 18 iyun 2026-cı il tarixində həyata keçirilmişdir.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2008004585 |
İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Abunə yazılışı |
İstiqrazların sayı | 50,000 ədəd |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 5,000,000 manat |
Kupon faizi | 9% |
Ödəmə Periodu | İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir |
Tədavül müddəti | 1 il |
Minimal qiymət | 100 (9.0000%) manat |
Maksimal qiymət | 100 (9.0000%) manat |
Kəsmə qiyməti | 100 (9.0000%) manat |
Ortaçəkili qiyməti | 100 (9.0000%) manat |
Reallaşdırılmış həcm | 5,000,000 manat |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 9,087,900 manat |
Abunə yazılışında iştirak etmiş investor sayı | 227 |
Sifarişi icra edilmiş investor sayı | 224 |
Abunə yazılışında təklif edilmiş sifariş sayı | 428 |
İcra edilmiş sifariş sayı | 425 |
Anderrayter | ABB-İnvest İnvestisiya Şirkəti” QSC |