
Avropanın borc bazarında 1 trilyon avroluq əqdlər imzalanıb
Avropanın borc bazarında 1 trilyon avro (1.13 trilyon dollar) dəyərində əqd imzalanıb
Fins.az xəbər verir ki,bazarın inkişafına dövlət emitentləri də öz töhfələrini verib.
Belə ki, çərşənbə axşamı İngiltərə, İrlandiya, İspaniya və Yunanıstan virus səbəbiylə artan yükə məruz qalan milli büdcələrini doldurmaq üçün 31 milyard avro dəyərində istiqraz satıb. Bu gün Avropa sindikatlaşdırılmış istiqraz bazarı üçün yanvar ayından bəri ən məhsuldar olub - 21 əməliyyatla bağlanıb
Müəllif:Aynur Qəniyeva