Avropada qazın qiyməti ucuzlaşır

Avropada qazın qiyməti ucuzlaşır

BİRJA
1,086

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 925 ABŞ dollarından aşağı düşüb.

23 may tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) iyun fyuçerslərinin qiyməti 923,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 4,1% azdır.

Qeyd etmək lazımdır ki, Avropara qazın qiyməti mayin 18-dən 10%-ə yaxın ucuzlaşıb.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropada qazın qiyməti ucuzlaşır — Fins.az — Fins.az