Avropa valyuta bazarında əsas dəyişikliklər: Avro funt qarşısında yüksəldi

Avropa valyuta bazarında əsas dəyişikliklər: Avro funt qarşısında yüksəldi

BİRJA
735

Finss.az - Avropa valyuta bazarlarında 15–19 sentyabr 2025-ci il tarixlərini əhatə edən həftədə mühüm dəyişikliklər müşahidə olunub. ABŞ Federal Ehtiyat Sisteminin (FRS) faiz dərəcələrini 0,25 faiz bəndi endirməsiBöyük Britaniya hökumətinin borc artımı qərarı əsas rol oynayıb.

Avro/ABŞ dolları (EUR/USD)
Həftə ərzində avronun ABŞ dollarına qarşı dəyəri 0,11% azalıb. 17 sentyabrda 1 avro 1,1872 USD, həftənin son günü, 19 sentyabrda isə 1,1775 USD səviyyəsində ticarət olunub.

Funt sterlinq/ABŞ dolları (GBP/USD)
Funt sterlinq ABŞ dollarına qarşı daha kəskin dəyər itirib. Həftə ərzində 1,01% azalma qeydə alınıb. 17 sentyabrda 1 funt 1,3692 USD, 19 sentyabrda isə 1,3553 USD səviyyəsinə düşüb.

Avro/Funt sterlinq (EUR/GBP)
Avro funt sterlinq qarşısında 0,65% bahalaşıb. 15 sentyabrda 1 avro 0,86385 GBP, 19 sentyabrda isə 0,8715 GBP səviyyəsinə yüksəlib.

Valyuta bazarlarında baş verən dəyişikliklər əsasən ABŞ-da faiz dərəcələrinin endirilməsiBöyük Britaniya hökumətinin gözlənilməz borc artımı ilə əlaqələndirilir. Analitiklər bildirirlər ki, Avropa iqtisadiyyatında davam edən inflyasiya təzyiqləri avronun möhkəmlənməsini çətinləşdirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa valyuta bazarında əsas dəyişikliklər: Avro funt qarşısında yüksəldi — Fins.az — Fins.az