
Avropa fond bazarları yüksəlişlə bağlanıb
ABŞ prezidenti Donald Trampın sağlamlığı ilə bağlı açıqlamaları səbəbindən Avropa fond bazarları yüksəlişlə bağlanıb.
Fins.az xəbər verir ki,Avropa Birjaları, ABŞ prezidenti Donald Trampın sağlamlığı ilə əlaqədar açıqlamalara görə günü artımla qapadıb.
Bağlanarkən, göstərici indeksi Stoxx Europe 600 0,81 faiz artaraq 365,63 bənddə bağlanıb.
Fransada CAC 40 indeksi 0,97% artaraq 4.871.87 bəndə, İtaliyada FTSE MIB 30 indeksi 1.06 faiz artaraq 19.265.51 bəndə yüksəlib.
Almaniyadakı DAX 30 indeksi 1.10% artımla günü 12.828.31, İngiltərədəki FTSE 100 indeksi 0.69% artımla 5.942.94 səviyyəsində bağlanıb.
Müəllif:Aynur Qəniyeva