Avropa birjalarında tənəzzül davam edir

Avropa birjalarında tənəzzül davam edir

BİRJA
956

Avropa birjaları, koronavirus epidemiyasının təsirlərini azaltmaq üçün atılan dəstək addımlarına baxmayaraq düşməkdə davam edib.

Fins.az xəbər verir ki, açılışın ardından Stoxx Europe 600 indeksi 3% dəyər itirərək 282 bəndə, Almaniyada DAX 30 indeksi də 3,9% azalaraq 8.588 bəndə enib.

İngiltərədə FTSE 100 indeksi 3,8% azalma ilə 5.096 bənd, İspaniyada IBEX 35 indeksi 3,1% azalma ilə 6.296 bənd, Fransada CAC 40 indeksi 2,9% azalma ilə 3.875 bənd, İtaliyada MIB 30 indeksi isə 1% geriləyərək 15.158 bənd oldub.

Avro/dollar cütlüyü 1.0980, sterlinq/dollar cütülüy isə 1.2050 səviyyələrindən icra olunur.

Analitiklər, koronavirus epidemiyasına bağlı narahatlıqların artaraq davam etdiyini qeyd edərək, ölkələrin maliyyə sistemi və iqtisadiyyatı dəstəkləmək addımlarına baxmayaraq səhm bazarlarında geriləmələrin davam edəcəyini bildirirlər.

Avropada virusa yoluxma və ölüm sayı hələ sürətlə artır.

© Marja

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa birjalarında tənəzzül davam edir — Fins.az — Fins.az