Avropa birjaları 7%-ə yaxın gerilədi

Avropa birjaları 7%-ə yaxın gerilədi

BİRJA
882

Neft qiymətlərində baş verən 30%-lik çöküş Avropa bazarlarında da kəskin geriləmələrə səbəb olub. 

Fins.az xəbər verir ki, ölümcül koronavirasa dair narahatlıqlar və neft qiymətlərinin kəskin düşməsi qlobal bazarlarda sərt satışlara səbəb olub, Avropa Birjaları da günə geriləmə ilə başalyıb.

Stoxx Europe 600 İndeksi 6.7% nisbətində düşüb. İngiltərədə FTSE 100 İndeksi 8%, Almaniyada DAX 7%, Fransada CAC 40 İndeksi 6%, İspaniyada IBEX 35 İndeksi 6% geriləyib. 

Bu gün Asiya bazarları da, OPEC-in Rusiya ilə istehsalın azaldılmasında anlaşma təmin edə bilməməsinin ardından sərt düşüb. Neft qiymətləri də bu xəbərlə 30%-dən çox geriləyib.

Enerji nəhəngi BP-nin səhmləri erkən əməliyyatlarda 24% düşərkən, Tullow Oil-in səhmləri 57% ucuzlaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa birjaları 7%-ə yaxın gerilədi — Fins.az — Fins.az