Asiya-Sakit Okean bazarları qarışıb

Asiya-Sakit Okean bazarları qarışıb

BİRJA
843

İnvestorlar Çinin sənaye məlumatlarını və Avstraliyanın avqust inflyasiya rəqəmlərini qiymətləndiriblər. Nəticədə Asiya-Sakit Okean bazarlarının qarışıq olduğunu bildiriblər.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, iqtisadçıların gözləntilərinə uyğun olaraq Avstraliyanın çəkili inflyasiya nisbəti avqust ayında illik bazda 5,2% artarkən, başlıq inflyasiyası  5,5% olub.

Avstraliyanın S&P/ASX 200 indeksi 0,14 faiz, Yaponiyanın Nikkei 225 indeksi isə 0,77 faiz azalaraq Asiyada itkilərə liderlik edib, Topix isə 0,76 faiz itirib.

Cənubi Koreyanın Kospi indeksi 0,1 faiz azalıb, lakin Kosdaq 0,37 faiz yüksəlib.

Honq-Konqun Hang Seng indeksi 0,56 faiz artaraq çərşənbə axşamından bəri itkiləri geri qaytarıb,  materikdə isə CSI 300 indeksi bir qədər yüksəlib.

Günel Məlikzadə 
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Asiya-Sakit Okean bazarları qarışıb — Fins.az — Fins.az