ARMB 168 günlük dövlət notlarını uğurla yerləşdirib

ARMB 168 günlük dövlət notlarını uğurla yerləşdirib

BİRJA
248

Fins.az - 8 aprel 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB) AZ2622024704 dövlət qeydiyyat nömrəli 168 gün tədavül müddətli diskontlu notlarını yerləşdirmək üzrə hərrac keçirmişdir.

Hərrac çərçivəsində emissiya həcmi 2,500,000 manat, notların sayı isə 25 ədəd təşkil etmişdir. Hər bir notun nominal dəyəri 100,000 manatdır. Minimal qiymət 97,055.9689 manat (6.50%), maksimal qiymət 97,170.3980 manat (6.24%), kəsmə qiyməti 97,157.1809 manat (6.27%), ortaçəkili qiymət isə 97,167.7545 manat (6.25%) olaraq müəyyən edilmişdir.

Hərracda sifarişlərin ümumi həcmi 11,000,000 manat olmuş və 6 investor tərəfindən bütün sifarişlər həyata keçirilmişdir. Nəticədə reallaşdırılmış həcmi 2,500,000 manat təşkil etmişdir. Notlar üzrə ödəniş tarixi 23 sentyabr 2026 olaraq müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ARMB 168 günlük dövlət notlarını uğurla yerləşdirib — Fins.az — Fins.az