AMB: Valyuta hərracında tələb təmin edildi - 30.05.2024

AMB: Valyuta hərracında tələb təmin edildi - 30.05.2024

BİRJA
363

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 110,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Tələbin nisbətən yüksək olması cari həftənin çərşənbə axşamının qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır.

Qeyd edək ki, mayın 23-nə hərracda tələb 69,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB: Valyuta hərracında tələb təmin edildi - 30.05.2024 — Fins.az — Fins.az