ABŞ–İran razılaşması ilə bağlı nikbinlik fonunda neft ucuzlaşıb

ABŞ–İran razılaşması ilə bağlı nikbinlik fonunda neft ucuzlaşıb

BİRJA
176

Fins.az - ABŞ və İran arasında Yaxın Şərqdəki münaqişənin tənzimlənməsi ilə bağlı mümkün razılaşma ətrafında yaranan nikbinlik fonunda neft qiymətləri bazar ertəsi səhər saatlarında kəskin ucuzlaşıb.

London birjasında Brent markalı neft üzrə iyul fyuçersləri Moskva vaxtı ilə saat 08:10-a olan məlumata əsasən 5,94 dollar və ya 5,74 faiz azalaraq bir barel üçün 97,6 dollar olub. Əvvəlki sessiyada isə qiymət 0,96 dollar artaraq 103,54 dollara yüksəlmişdi.

Nyu-York əmtəə birjasında WTI markalı neft üzrə iyul fyuçersləri də 5,97 dollar və ya 6,18 faiz ucuzlaşaraq bir barel üçün 90,63 dollara düşüb. Əvvəlki ticarət sessiyasının yekununda isə qiymət 0,25 dollar artaraq 96,6 dollar təşkil etmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ–İran razılaşması ilə bağlı nikbinlik fonunda neft ucuzlaşıb — Fins.az — Fins.az