ABŞ-da neft ehtiyatları gözlənilmədən artıb

ABŞ-da neft ehtiyatları gözlənilmədən artıb

BİRJA
174

Fins.az - ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə gözlənilməz şəkildə artım göstərib.

Ölkənin Energetika Nazirliyinin məlumatına görə, ehtiyatlar 1,93 milyon barel artaraq 465,7 milyon barelə çatıb. Halbuki analitiklər təxminən 1,2 milyon barel azalma proqnozlaşdırırdılar.

Eyni dövrdə benzin ehtiyatları 4,57 milyon barel, distillatlar isə 3,43 milyon barel azalıb. Bu göstəricilər də bazar gözləntilərindən daha kəskin enişi əks etdirir.

Bundan əlavə, Nyu-York əmtəə birjasında ticarət olunan neftin saxlanıldığı Kuşinq terminalında ehtiyatlar 806 min barel artıb. Bu dinamika enerji bazarlarında qarışıq tendensiyaların davam etdiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-da neft ehtiyatları gözlənilmədən artıb — Fins.az — Fins.az