ABŞ və İran arasındakı münaqişə fonunda neft 1% bahalaşır

ABŞ və İran arasındakı münaqişə fonunda neft 1% bahalaşır

BİRJA
697

Neft qiymətləri çərşənbə günü Asiya sessiyasında təxminən 1% artaraq son yeddi ayın maksimumlarına yaxın səviyyədə qalıb.

Fins.az xəbər verir ki, srtım əsasən ABŞ və İran arasında davam edən gərginlik fonunda formalaşan risk ilə əlaqələndirilir.

Aprel ayı üzrə Brent nefti fyuçersləri 1% bahalaşaraq 71,49 dollar, WTI nefti isə 1,3% artaraq 66,46 dollar olub. Bir gün əvvəl isə hər iki kontrakt ABŞ-ın yeni ticarət tarifləri ilə bağlı narahatlıqlar səbəbindən ucuzlaşmışdı.

Cenevrədə ABŞ və İran nümayəndələri arasında nüvə sazişi ilə bağlı danışıqlar gözlənilsə də, hərbi eskalasiya riski bazarda qeyri-müəyyənliyi artırır.

Digər tərəfdən, Amerika Neft İnstitutu ABŞ-da xam neft ehtiyatlarının 11,4 milyon barel artdığını açıqlayıb ki, bu da gözləntiləri xeyli üstələyib.

Aynur Bayramova

Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ və İran arasındakı münaqişə fonunda neft 1% bahalaşır — Fins.az — Fins.az