
ABŞ-ın birja indeksləri rekord həddə ENDİ
ABŞ-da göstəricilər prezident seçkiləri və Kovid-19-a qarşı planlaşdırılmış stimul paketi ilə bağlı qeyri-müəyyənliklə bağlıdır.
Fins.az xəbər verir ki,günün sonunda Dow Jones indeksi 100 bənddən çox enib və 0,48 faiz azalaraq 27 682,75 bənd təşkil edib
S&P 500 indeksi 0,95 faiz azalaraq 3 348,60 bəndə, Nasdaq indeksi 2,22 faiz azalaraq 11 075,02 bəndə düşüb.
İndekslərdəki mənfi tendensiya ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Trampın yeni növ koronavirus (Kovid-19) testinin nəticəsinin müsbət olmasının təsiri altında formalaşıb.
Analitiklər Trampın Kovid-19-a yoluxmasının qarşıdakı prezident seçkiləri ilə bağlı qeyri-müəyyənliyi daha da artırdığına işarə etdiblər
Kovid-19 epidemiyası ilə bağlı həyata keçirilməsi planlaşdırılan təşviq paketi ilə bağlı qeyri-müəyyənlik də bazarların diqqət mərkəzində yerini qoruyub.