
ABŞ fond bazarları zəif artımla bağlandı
Fins.az - ABŞ fond indeksləri bazar ertəsi günü cüzi artımla ticarəti başa vurub. Buna Yaxın Şərqdə davam edən gərginlik və investorların ehtiyatlı davranışı təsir edib.
ABŞ prezidenti Donald Tramp-ın İranın sülh təklifindən narazı qalması bazarlarda qeyri-müəyyənliyi artırıb.
Analitiklər hesab edir ki, münaqişənin uzanması ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarlarına da təsir göstərə bilər. Goldman Sachs və Bank of America artıq FED üzrə proqnozlarını dəyişiblər.
Ticarət nəticələrinə əsasən, Dow Jones Industrial Average 0,19% artaraq 49 704 bəndə yüksəlib. S&P 500 7412 bəndə, Nasdaq Composite isə 26 274 bəndə çatıb.
Şirkətlər arasında ən böyük artım qızıl istehsalçısı Barrick Mining və çip istehsalçısı Qualcomm səhmlərində qeydə alınıb. Neft şirkətləri Chevron və Exxon Mobil də bahalaşıb.
Bunun əksinə olaraq, aviaşirkət səhmlərində eniş müşahidə olunub.