
ABŞ birjalarında qarışıq dinamika
Fins.az - ABŞ fond bazarlarında həftənin ilk günü fərqli istiqamətlərdə dəyişiklik qeydə alınıb.
Dow Jones Industrial Average azalarkən, S&P 500 və Nasdaq Composite indeksləri artaraq rekord səviyyələri yeniləyib.
İnvestorlar əsasən Yaxın Şərqdəki geosiyasi vəziyyəti və Federal Reserve-in gözlənilən faiz qərarını qiymətləndirirlər. Analitiklər uçot dərəcəsinin dəyişməyəcəyini proqnozlaşdırır.
Texnologiya şirkətləri bazarı dəstəkləyib. Nvidia və Alphabet Inc. səhmləri artıb, Apple və Amazon isə ucuzlaşıb.