
ABŞ birjalarında indekslər ENİB
ABŞ prezidenti Donald Trampın yeni növ koronavirus (Kovid-19) epidemiyasının iqtisadi təsirləri ilə mübarizə çərçivəsində həyata keçirilməsi planlaşdırılan "stimul paketi" ilə bağlı danışıqları dayandırmasından sonra ABŞ birjalarında gün enişlə başa çatıb.
Fins.az xəbər verir ki, günün sonunda Dow Jones indeksi 300 baldan çox dəyər itirərək 1,34 faiz azalıb 27,772,76 bəndə düşüb
S&P 500 indeksi 1,40 faiz azalaraq 3 360,81 bəndə, Nasdaq indeksi 1,57 faiz azalaraq 11 154,60 bəndədək enib.
İndekslərdəki mənfi tendensiyada ABŞ Prezidenti Trampın Kovid-19 epidemiyasının iqtisadi təsirləri ilə mübarizə çərçivəsində həyata keçirilməsi planlaşdırılan "stimul paketi" ilə bağlı danışıqları dayandırma əmri təsirli olub.
Müəllif:Aynur Qəniyeva