
ABŞ birjaları qarışıq bağlanıb
Finss.az - ABŞ fond bazarları çərşənbə axşamı ticarəti qarışıq istiqamətli nəticələrlə başa vurdu.
İnvestorlar Trampın yeni ticarət tarifləri barədə açıqlamalarına fokuslandı.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, 1 avqustdan Yaponiyadan və Cənubi Koreyadan idxal olunan mallara 25%-lik rüsum tətbiq ediləcək. Avropa İttifaqı hələlik bu tədbirlərdən kənarda qalır, lakin yaxın günlərdə onlar üçün də rüsum xəbərdarlığı edilə bilər.
Prezident həmçinin ABŞ-a idxal olunan misə 50% tarif tətbiq olunacağını və yarımkeçirici ilə əczaçılıq məhsullarına yeni rüsumların yaxın zamanda elan ediləcəyini qeyd edib.
Goldman Sachs və Bank of America S&P 500 üzrə proqnozlarını artırdı
Goldman Sachs S&P 500 üçün 12 aylıq proqnozunu 6900 bəndə yüksəldib (əvvəl 6500 idi). Bank of America isə 2025-ci ilin sonu üçün proqnozunu 5600-dən 6300 bəndə qaldırıb.
“Əla yeddilik” texnologiya səhmlərində qarışıq dinamika
-
Tesla: +1,3%
-
Nvidia: +1,1%
-
Meta: +0,3%
-
Apple: +0,03%
-
Amazon: -1,8%
-
Alphabet: -1,4%
-
Microsoft: -0,2%
Intel 500-dən çox iş yerini ixtisar edəcək – səhmlər 7,2% bahalaşdı
Intel Oreqon ştatında ixtisarlarla bağlı tənzimləyicilərə məlumat verib. Şirkət struktur islahatları çərçivəsində ümumilikdə 20%-ə qədər kadr ixtisarını planlaşdırır.
Böyük banklar dəyər itirdi – HSBC reytinqləri aşağı saldı
-
Goldman Sachs: -1,9%
-
Bank of America: -3,1%
-
JPMorgan Chase: -3,2%
HSBC, Goldman Sachs və BofA üçün “al” tövsiyəsini “saxla” ilə əvəz edib.
Moderna-nın səhmləri 8,8% artdı – vaksin siyasətinə qarşı iddia qaldırıldı
ABŞ-da aparıcı tibb təşkilatları COVID-19 vaksin siyasəti ilə bağlı səhiyyə nazirini məhkəməyə verib. Bu hadisədən sonra Moderna-nın səhmləri kəskin artıb.
Neft nəhəngi Exxon-un gəlirləri azalır – səhmlər yenə də 2,8% artdı
Exxon Mobil 2025-ci ilin II rübündə qaz və neftin ucuzlaşması səbəbilə 1,1 - 1,9 mlrd dollar arasında mənfəət itkisi ilə üzləşib.
Birja yekunları:
-
Dow Jones: -0,37% (44 240,76 bənd)
-
S&P 500: -0,07% (6 225,52 bənd)
-
Nasdaq: +0,03% (20 418,46 bənd)