
ABB-nin 5 Milyon Manatlıq İstiqrazları Bakı Fond Birjasında Ticarətə Buraxılıb
Fins.az - 25 may 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 26.05.2026-cı il tarixində başlayacaq və 16.06.2026-cı il tarixində bitəcəkdir.
AZ2007004586 İSİN kodlu istiqrazların yerləşdirilməsi 18 iyun 2026-cı il tarixində həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2007004586 |
İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Abunə yazılışı |
İstiqrazların sayı | 50,000 ədəd |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 5,000,000 manat |
İllik gəlirlilik faizi | 10% |
Ödəmə Periodu | İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir |
Tədavül müddəti | 2 il |
Ticarətə buraxılma tarixi | 18.06.2026 |
Anderrayter | ABB-İnvest İnvestisiya Şirkəti” QSC |