“ABB İnvest” kapital bazarında aktiv səhmlərin sayını artırmağı planlaşdırır - Nadir Babazadə

“ABB İnvest” kapital bazarında aktiv səhmlərin sayını artırmağı planlaşdırır - Nadir Babazadə

BİRJA
353

2026-cı il üzrə “ABB İnvest”in bir sıra strateji hədəfləri müəyyənləşdirilib.

Fins.az xəbər verir ki, bu barədə “ABB İnvest”in icraçı direktoru Nadir Babazadə şirkətin 2025-ci ilin yekun maliyyə göstəricilərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, həm “ABB İnvest”, həm də Bakı Fond Birjası üçün əsas prioritetlərdən biri istiqrazlar üzrə mobil tətbiq vasitəsilə təkrar bazarın formalaşdırılmasıdır.

Nadir Babazadə bildirib ki, növbəti mərhələdə yeni maliyyə alətlərinin sayının artırılması da planlaşdırılır.

Qeyd olunub ki, hazırda özəl banklardan birinin ilkin kütləvi yerləşdirilməsi (IPO) prosesi davam edir və abunə yazılışı başa çatdıqdan sonra həmin səhmlərin təkrar bazarda ticarəti “ABB mobile” platforması üzərindən mümkün olacaq.

Bunun nəticəsində aktiv ticarət olunan səhmlərin sayı 2-yə çatacaq. Şirkətin əsas məqsədi isə bu rəqəmin gələcəkdə daha da artırılmasıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“ABB İnvest” kapital bazarında aktiv səhmlərin sayını artırmağı planlaşdırır - Nadir Babazadə — Fins.az — Fins.az