
Ziraat Bankası 1,1 milyard dollarlıq sindikatlaşdırılmış kredit cəlb edib
Azərbaycanda da törəmə bankı olan Türkiyənin Ziraat Bankası 22 ölkədən 38 bankın iştirakı ilə 1,1 milyard dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb edib.
Marja xəbər verir ki, Bankın yaydığı açıqlamada, yeni növ koronavirus (Kovid-19) epidemiyasının qlobal bazarlarda səbəb olduğu dalğalanmaya baxmayaraq, təmin edilən kreditin faizinin keçən ildən aşağı olduğu vurğulanıb.
Açıqlaamda, Emirates NBD Bank və Abu Dhabi Commercial Bank-ın koordinatorluğu ilə təmin edilən, 597 milyon avro və 415 milyon dollar olaraq iki hissədən ibarət olan 1 illik i kreditin xərcinin, Euribor 2,00 və Libor 2,25 olaraq reallaşdığı qeyd edilib.
Ziraat Bankası cəlb etdiyi vəsait ilə real sektoru və xarici ticarət əməliyyatlarını maliyyələşdirəcək.