
“Ziraat Bank”-ın rəhbəri: İşğaldan azad olunmuş ərazilərdə insanların maliyyə probləmlərinin həll edilməsinə köməklik göstəriləcək
Bakı, 21 noyabr Fins.az
İşğaldan azad olunmuş ərazilərdə “Ziraat Bank”ın ilk şöbəsinin açılacaq və insanların maliyyə probləmlərinin həll edilməsi ilə bağlı lazımi köməklik göstərəcək.
Fins.az xəbər verir ki, bunu Caspian Energy Club iclasında “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin sədri Avni Demirci deyib
O, Azərbaycan və Türiyə arasında əzəli qardaşlıq bağlarının mövcud olduğunu, iki dövlət bir millət kəlamının dünya dövlətləri arasında alternativinin olmadığını, qazanılmış qələbəyə Türkiyə vətəndaşlarının azərbaycanlılar qədər sevindiyini vurğulayıb Keçən müddət ərzində dünya birliyinin və beynəlxalq təşkilatların Qarabağı Azərbaycan torpağı kimi tanımasına baxmayaraq hərəkətsizlik göstərdiklərini, lakin ölkə iqtisadiyatının güclənməsi ilə orduya zamanında edilmiş düzgün yatırımlar nəticəsində düşmənin müdafiə xəttinin darmadağın edildiyini, bu tarixi hadisəyə şahidlik etdiyi üçün qürur hissi keçirtdiyin və Azərbaycan ordusunun üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdiyini dedi. Dövlətin orada təməl işləri həyata keçirdikdən sonra sahibkarlar tərəfindən fabrik, zavod, iaşə obyektləri və bankların yaradılması istiqamətində məqsəd yönlü fəaliyyətin həyata keçirilməsinin zəruri olduğunu, təhlüəsizlik tədbirləri görüldükdən sonra “Ziraat Bank”ın ilk şöbəsinin açılacağını və insanların maliyyə probləmlərinin həll edilməsi ilə bağlı lazımi köməkliyin göstəriləcəyini və güzəştli kreditlərin veriləcəyini bildirdi.
Müəllif:Aynur Qəniyeva