Yeni Zelandiya faiz dərəcələrini yenidən qaldırıb

Yeni Zelandiya faiz dərəcələrini yenidən qaldırıb

BANK
390

Yeni Zelandiya ölkədə yüksək inflyasiya ilə mübarizə aparmaq üçün siyasət faizini 50 baza bəndi artıraraq 2%-ə çatdırıb. Bank həmçinin faiz artımının davam edəcəyinə işarə edib.
"Fins.az" xəbər verir ki, Yeni Zelandiya Mərkəzi Bankı ardıcıl ikinci iclasında faiz artımına qərar verərkən, faiz artımlarının davam edəcəyi siqnalını da verdi.

Bank siyasət faizini 50 bənd artıraraq 1,50%-dən 2 %-ə qaldırıb. Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri faiz dərəcəsinin 2 faizə yüksəldilməsi idi. Son qərarla, oktyabr ayından etibarən faiz dərəcəsi 175 baza bənd artdı.

Ölkədə faiz dərəcəsinin bu il ən azı 3,25 %-ə yüksələcəyi və 2023-cü ildə 4 %-ə çatacağı proqnozlaşdırılır. Bu proqnozlar əvvəlki gözləntilərdən də yüksək olub.

Bankdan verilən açıqlamada qiymət sabitliyini və maksimum dayanıqlı məşğulluğu dəstəkləmək üçün monetar sərtləşdirmənin davam etdirilməsinin məqsədəuyğun olduğu vurğulanıb. Açıqlamada bildirilib ki, bank inflyasiya 1-3 %-lik hədəfə qayıdana qədər üzərinə götürdüyü öhdəlikdə qərarlıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni Zelandiya faiz dərəcələrini yenidən qaldırıb — Fins.az — Fins.az