“Yelo Bank”-ın nizamnamə kapitalı 2,9% artıb-HESABAT

“Yelo Bank”-ın nizamnamə kapitalı 2,9% artıb-HESABAT

BANK
1,014

“Yelo Bank” -ın kredit portfeli 2020-ci il sentyabrın sonuna olan göstəricilərə görə yanvar ayına nisbətən 5% artaraq 319 milyon 569,4 min manat təşkil edib.

Fins.az bankın hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə bankın öhdəlikləri 7% azalaraq 388 milyon 109,84 min manat olub. “Yelo Bank” 2020-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 8,8% - 442 milyon 209,17 min manatadək azaldıb.

Bankda depozitlər 8,7% azalıb nəticədə 286 milyon 765,77 manata bərabər olub.

2020-ci il sentyabrına olan hesabata görə bankın  nizamnamə kapitalı 2,9% artaraq 358 milyon manat olub. Eyni zamanda hesabat dövründə bankın kapitalı 19,5% azalaraq 54 milyon 99,33 min manat  təşkil edib.

2020-ci ilin sentyabırın sonuna olan göstəricilərə görə “Yelo Bank” -ın xalis mənfəəti ötən ilin müvafiq dövrünə nisbətən 14,3 dəfə artaraq 23 milyon 192,75 min manat təşkil edib

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Yelo Bank”-ın nizamnamə kapitalı 2,9% artıb-HESABAT — Fins.az — Fins.az