
Xarici vətəndaşlar ölkəmizdə bank kartları vasitəsi ilə 25,6 milyon manatlıq əməliyyat aparıb
Xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25,6 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki,"İxrac İcmalı”nda məlumat verilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalmaya səbəb olub.
Qeyd olunur ki,bunun nəticəsində 2020-ci ilin avqust ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25,6 milyon manat təşkil edib. 2020-ci ilin yanvar-avqust aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 328,3 milyon manatlıq əməliyyat aparıb.
Müəllif:Aynur Qəniyeva