Xarici ökələrdən Azərbaycana nə qdər pul göndərilib?-MƏBLƏĞ

Xarici ökələrdən Azərbaycana nə qdər pul göndərilib?-MƏBLƏĞ

BANK
538

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 91.6%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə 2021-ci ilin I rübü üzrə Azərbaycan Respublikasının Tədiyə balansında məlumat verilib 

Məlumata görə, hesabat dövründə təkrar gəlirlər üzrə ümumi daxilolmaların 7.3%-i ölkəyə gətirilən humanitar və yardım mallarının həcmi, 1.1%-i isə digər daxilolmalar təşkil edir.

Həmçinin ölkəyə göndərilən vəsaitlərin artım dinamikasına toxunularaq "Ölkəyə göndərilən pul baratlarının həcmi 20.6% artaraq 226.6 mln.$, ölkədən çıxarılan pul baratlarının həcmi isə 0.3% azalaraq 121.9 mln dollar olub. Nəticədə pul baratları üzrə 104.7 mln.$ müsbət saldo yaranıb."-deyə məlumatda bildilir. 

Qeyd edək ki, təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 397.7 mln.dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 247.4 mln. dollar, ödənişlər isə 150.3 mln.dollar təşkil edib.

Müəllif:Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xarici ökələrdən Azərbaycana nə qdər pul göndərilib?-MƏBLƏĞ — Fins.az — Fins.az