Valyuta hərracı keçirildi - NƏTİCƏSİ

Valyuta hərracı keçirildi - NƏTİCƏSİ

BANK
862

05 May 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 62,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, 30 aprel 2020-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 69,2 milyon ABŞ dolları təşkil etmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...