
Unicredit, Yapı Kredi-dəki 12% payını satır
İtalyanın ən böyük bankı Unicredit, strateji olmayan aktivlərin satılması və sərmayə istifadəsinin yaxşılaşdırılması strategiyası çərçivəsində, Yapı ve Kredi Bankası-dakı 12%-lik payını satmaq qərarı verib.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, satılan 12%-lik hissə 460 milyon avro (506 milyon dollar) dəyərindədir.
Bu satış, Unicredit-in 2019-cu ilin Noyabr ayında etmiş olduğu pay satışının davamıdır. Unicredit, Yapı Kredit-in nizamnamə kapitalında birbaşa 31.93% pay sahibidir.
Hazırda Yapı Kredi-nin səhmdar strukturu:
Koç Holdinq - 9,04%
Koç Finansal Hizmetleri - 40,95%
UniCredit - 31,93%
İstanbul birjasında ticarət olunur - 18,08%.
Qeyd edək ki, Yapı Kredi bankı Azərbaycanda fəaliyyət göstərən Yapı Kredi Bank Azərbaycan QSC-nin əsas səhmdarıdır.