
Türk lirəsi sürətlə UCUZLAŞIR
Türkiyə Mərkəzi Bankının faiz endirməsi, geosiyasi gərginliklər və Türkiyənin hər an Suriyada yeni əməliyyata başlaya biləcəyinin gözlənilməsi Türk Lirəsi üzərində təzyiq yaradır.
Fins.az xəbər verir ki, Dollar/TL məzənnəsi 6.08 səviyyəsini də aşıb.
Bakı vaxtı ilə saat 09:00-da Dollar 6.0844 lirəyə bərabər olub.
Məzənnə gecə 6,10 səviyyəsinin üzərini görüb.
Dünən Türkiyə Mərkəzi Bankı (TCMB) fazi 0,50 bənd endirdi. Beləliklə, bank son yeddi ayda 13,25 bənd faiz endirmişdir. Qərarın ardından JP Morgan və Commerzbank, TCMB-nin faiz endiriminə davam etməsini gözlədiklərini açıqlayıblar. Açıqlamadan sonra dollar/TL gecə saatlarında 6,1018 səviyyəsini görüb.