
“TuranBank” birinci rübdə aktivlərini 5% artırıb
“TuranBank” 2020-ci ilin yanvar-mart aylarında aktivlərini 5% - 514,004 milyon manata qədər artırıb.
Martın 31-nə bankın kredit portfeli 339,735 milyon manata (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 0,1%) bərabər olub.
Hesabat dövrünün yekunları üzrə “TuranBank”ın öhdəlikləri 438,601 milyon manat (artım 5,7%) təşkil edib.
Hesabat dövrünün sonuna bankın depozit portfeli 255,791 milyon manat (artım 2,4%) təşkil edib.
Martın 31-nə “TuranBank”ın kapitalı 75,403 milyon manata (artım 5%), nizamnamə kapitalı 70,004 milyon manata (dəyişməyib) bərabərdir.
Birinci rübün yekunları üzrə bankın xalis mənfəəti 645 min manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 5,9 dəfə çoxdur
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Səhmdarları 29 hüquqi və fiziki şəxsdir