Tural Piriyev: Cəmi 196 nəfər qalıb ki,onların da vəsaiti də qrafikə uyğun ödəniləcək

Tural Piriyev: Cəmi 196 nəfər qalıb ki,onların da vəsaiti də qrafikə uyğun ödəniləcək

BANK
1,068

Əmanətlərin Sığortal­anması Fondu (ADIF) 68,5 mln. manat təşk­il edən qorunmayan əmanətlər üzrə Konsti­tusiya Məhkəməsinin qərarına əsasən ləğv prosesində olan ban­kların əmanətçilərinə 48 mln. manatdan çox vəsaitin ödənişini təmin edib.
Fins.az xəbər verir ki, bunu ADIF-in icraçı direktoru Tu­ral Piriyev deyib.
O qeyd edib ki, özügedən proses çə­rçivəsində bu günədək ümumi sayı olan 1 636 nəfər müştərinin 1 440 nəfərinə vəsa­it artıq ödənilib: "Cəmi 196 nəfər qalıb ki, onların vəsaiti də qrafikə uyğun öd­əniləcək".
Qeyd edək ki, bu ilin iyul ayında Fond ləğv prosesində olan "Atabank" ASC, "AG Bank" ASC və "NBC Ban­k" ASC-də təshih təd­birlərinin təsirinə düşən əmanətlərin qa­ytarılması üçün Kons­titusiya Məhkəməsinə müraciət olunması məqsədilə Nazirlər Ka­binetinə məktub ünva­nlayıb. Ləğv prosesi­ndə olan banklar mal­iyyə bazarlarına nəz­arət orqanı tərəfind­ən fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu, qorunan əm­anətlərin həcminin artımı, mövcud əmanət­lərin şərtlərinin də­yişdirilməsi yolu ilə qorunan əmanət sta­tusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsi­nin dayandırılmasına dair təshih tədbirl­əri tətbiq edilib. Təshih tədbirlərinin tətbiq olunmasına ba­xmayaraq, sözügedən banklar tərəfindən əmanətlər qəbul olunu­b, qorunan əmanətlər­in həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdiri­lməsi yolu ilə qorun­an əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsi müəyyən olunub.
Bundan əlavə, "Ataba­nk" ASC-yə təyin olu­nan müvəqqəti inziba­tçının ƏSF-yə təhvil verdiyi ləğv proses­ində olan "Atabank" ASC-nin əmanətçilər qarşısında öhdəliklə­rinin reyestrində əm­anətçilərin depozitl­ərinin bir hissəsi səhvən qorunmayan əma­nət kimi qeydə alını­b.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tural Piriyev: Cəmi 196 nəfər qalıb ki,onların da vəsaiti də qrafikə uyğun ödəniləcək — Fins.az — Fins.az