Tramp Covid-19 yoluxduğunu açıqladıqdan sonra dollar yen qarşısında sürətlə UCUZLAŞIB

Tramp Covid-19 yoluxduğunu açıqladıqdan sonra dollar yen qarşısında sürətlə UCUZLAŞIB

BANK
550

ABŞ Prezidenti Trampın müsbət koronavirus testinin elan etməsindən sonra dollar yenə nisbətən ucuzlaşır
Fins.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kovid-19 testinin müsbət olduğunu açıqladıqdan sonra yen G-10 valyutalarının hamısına qarşı bahalaşıb. Dollar və ABŞ Xəzinə istiqrazları qazanclarını artırıb.

Tramp, testləri müsbət olan həyat yoldaşı Melaniya Trampla birlikdə "dərhal karantin və müalicə müddətinə" başlayacaqlarını açıqlayıb.

Norveç Krone-u və yen-ə qarşı itkilərə səbəb olub. Dolların əsas valyutalara nisbətini ölçən Bloomberg Dollar  İndeksi (BBDXY)  0,3% artıb..

Tokyoda Mizuho Securities Co. bildirib ki, "Trampın koronavirus testi nəticəsi, Baydenin ABŞ-da keçiriləcək prezident seçkilərində lider olacağı ilə bağlı fərziyyələri artır .Yen və dollar riskindən çəkinmə, bahalaşmanı stimmullaşdırır

ABŞ məsləhətçiləri yeni bir stimul paketi mövzusunda razılığa gələ bilmədikdən sonra Asiya əməliyyatlarında dollar  bahalaşıb. Dollar / yen pariteti 0,2 faiz azalaraq 105,37 səviyyəsinə enib. ABŞ-da 10 illik xəzinə istiqrazlarının gəlirliliyi 2 əsas pillə azalaraq 0,66% olub.

Müəllif:Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tramp Covid-19 yoluxduğunu açıqladıqdan sonra dollar yen qarşısında sürətlə UCUZLAŞIB — Fins.az — Fins.az