Təhsil ödənişlərində rəqəmsal xidmətlər genişlənir

Təhsil ödənişlərində rəqəmsal xidmətlər genişlənir

BANK
181

Fins.azYelo Bank ASC müştərilərinə təhsil ödənişlərini Yelo App mobil tətbiqi vasitəsilə onlayn şəkildə həyata keçirmək imkanı təqdim edir.

Bankın məlumatına görə, Yelo App vasitəsilə ölkənin aparıcı təhsil müəssisələrinə ödəniş etmək mümkündür. Xidmət ADA University, ADA Məktəbi, Avropa Azərbaycan Məktəbi, ATL Academy, Azerbaijan British College, Baku Oxford School, Dunya School, Kaspi Liseyi, Hədəf Liseyi, Milli Aviasiya Akademiyası, Onlayn Sınaq İmtahan Mərkəzi və 21-ci Əsr Tədris Mərkəzi üzrə ödənişləri əhatə edir.

Bank bildirir ki, siyahıda yer alan müəssisələrdən yalnız üçü onlayn ödənişlərə görə əlavə komissiya tətbiq edir. Belə ki, Azerbaijan British College üçün komissiya 1,5%, ADA University və ADA Məktəbi üçün isə 1,18% təşkil edir.

Xidmətdən istifadə etmək üçün müştərilər Yelo App-də “Ödəniş” menyusundan “Təhsil və sınaq” bölməsini seçməli, daha sonra təhsil müəssisəsinin tələb etdiyi məlumatları, o cümlədən Tələbə ID-si, valideynin FIN kodu və digər zəruri məlumatları daxil etməlidirlər.

Yelo Bankın məlumatına əsasən, ödəniş prosesi cəmi bir neçə kliklə tamamlanır və istifadəçilər heç bir yerə getmədən təhsil haqlarını onlayn şəkildə ödəyə bilirlər.

Bank qeyd edir ki, Yelo App-in bu funksiyası istifadəçilərə vaxta qənaət etməyə və vaxtlarını təhsillərinə sərf etməyə imkan yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Təhsil ödənişlərində rəqəmsal xidmətlər genişlənir — Fins.az — Fins.az