
Taleh Kazımov: CƏB profisiti bu il 5,5 milyard dollar olacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) cari əməliyyatlar balansı (CƏB) üzrə proqnozlarını yeniləyib.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, orta müddətli dövrdə cari əməliyyatlar balansının müsbət qalacağı gözlənilir. AMB-nin yenilənmiş proqnozuna əsasən, 2026-cı ildə CƏB profisiti 5,5 milyard ABŞ dolları səviyyəsində olacaq.
Taleh Kazımov qeyd edib ki, 2027-ci ildə isə cari əməliyyatlar balansının profisitinin 4,4 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir.
Qeyd edək ki, Mərkəzi Bankın əvvəlki proqnozunda 2026-cı il üzrə cari əməliyyatlar balansının profisiti 2,8–3 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilmişdi.
Beləliklə, AMB son yeniləmədə xarici sektor göstəriciləri üzrə gözləntilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.