SOCAR yanacaqdoldurma məntəqələrində QR kodla ödəniş etmək mümkün oldu

SOCAR yanacaqdoldurma məntəqələrində QR kodla ödəniş etmək mümkün oldu

BANK
603

Bakı 14 dekabr   Fins.az

 

PAŞA bank və Visa, SOCAR yanacaqdoldurma stansiyası şəbəkəsində QR kod texnologiyasına əsaslanan ödəmə həllini başlatdığını elan etdi. Artıq istehlakçılar SOCAR şəbəkəsinin Azərbaycanda yerləşən 35 yanacaqdoldurma məntəqəsinin hər birində E-PUL mobil tətbiqetməsindən istifadə edərək ödənişlərini asanlıqla ödəyə biləcəklər.
Fins.az xəbər verir ki,xidmət, pandemiya zamanı xüsusi üstünlük olan yanacaqdoldurma məntəqələrinin iş qabiliyyətini artıraraq, ödəmələr etmək, qəbul etmək və fiziki təmasların sayını azaltmaq üçün bir POS terminalının istifadəsini bir smartfon ilə əvəz etməyə imkan verir.
Visa və tərəfdaşlar arasındakı sıx strateji əməkdaşlıq, yenilikçi QR ödənişlərinin tətbiqini gerçəkləşdirir və Azərbaycanda əldə etmənin əhəmiyyətli bir hissəsini əhatə edir, daha rahat iş, təhlükəsiz və qənaətli xidmətdən istifadə etmək üçün daha çox biznes nümayəndəsini cəlb etməyə imkan verir. İstifadəçilər üçün texnologiyanın üstünlüyü ödəmə metodunun seçilməsində və ödəmə prosesinin asanlığındadır
“QR kod ilə ödəmə texnologiyası o qədər çox yönlü və istifadəsi asandır ki, müştəri bazasını genişləndirmək istəyən iri müəssisələr və xərcləri azaltmaq üçün yol axtaran kiçik və orta seqmentlər üçün eyni dərəcədə faydalı olacaqdır. QR kod ilə ödəmə yanacaqdoldurma məntəqəsi müştəriləri üçün prosesi maksimal asanlaşdıraraq üzərində nəinki nağd vəsait, eləcə də ödəmə kartı gəzdirməyə ehtiyac yaratmadan sürətli və rahat ödəməni təmin edir” deyə Vizanın Qafqaz region üzrə meneceri Kristina Doroş bildirib. 
“Neft sektorunun bu layihəni bu qədər ciddi və operativ şəkildə qəbul etməklə istehlakçılara yenilikçi QR kod ilə ödəmə xidmətini təqdim etməsi, bununla da nağd pula daha az asılılığı olan rəqəmsal iqtisadiyyata keçiddə vasitəçilik etməsindən məmnunuq” deyə PaySis şirkətinin E-PUL ödəmə xidmətinin baş direktoru Samir Nəsibov bildirib.
Bu layihə çərçivəsində E-PUL platforması Visa ilə birlikdə 14 dekabr 2020-ci ildən etibarən stimullaşdırıcı kampaniyasına başlayacaq. Visa kartı istifadə edərək SOCAR yanacaqdoldurma məntəqəsində QR kodu ilə yanacaq haqqını ödəyən hər bir E-PUL istifadəçisi, ən azı 10 manatlıq ilk ödənişdə 5 manat endirim alır.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR yanacaqdoldurma məntəqələrində QR kodla ödəniş etmək mümkün oldu — Fins.az — Fins.az