Siyavuş Novruzov: “Əmanətləri sığortalanmayanların banklara etibarı qalmayacaq”

Siyavuş Novruzov: “Əmanətləri sığortalanmayanların banklara etibarı qalmayacaq”

BANK
1,140

Bakı 15 dekabr Fins.az

Əmanətlərin yarısının sığortalanması gələcəkdə problemlərə səbəb olacaq.

APA-nın xəbərinə görə, bu barədə bu gün Milli Məclisin iclasında deputat Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, əmanətləri sığortalanmayan əmanətçilərin banklara etibarı qalmayacaq.

“Əmanətçi banklara güvənir və bu vəsaiti banka gətirir. Ancaq bu etibar olmasa, əmanətçilər vəsaiti çəkəcək və sandıqda saxlayacaq. Yenə də sərbəst pullar dövriyyəyə çıxmayacaq. Məsələn, bu gün ABŞ-da sərbəst pul yoxdur. Vətəndaşların əmanətləri hamısı banklardadır”, - deyə deputat vurğulayıb.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Siyavuş Novruzov: “Əmanətləri sığortalanmayanların banklara etibarı qalmayacaq” — Fins.az — Fins.az