
Səyahət milləri qazandıran kartlara tələbat artır
Fins.az – “Kapital Bank” ASC müştərilərinə ödənişlər zamanı səyahət milləri toplamaq və onları aviabiletlərə dəyişmək imkanı verən Birbank Miles kartını təqdim edir.
Bankın məlumatına görə, Birbank Miles kartı ilə edilən ödənişlərə görə səyahət milləri qazanmaq, toplanan milləri isə əlavə ödəniş etmədən istənilən aviaşirkətin aviabiletinə çevirmək mümkündür. Kart AZN, ABŞ dolları və avro valyutalarında təqdim olunur, istifadə müddəti 60 ay təşkil edir.
Bildirilib ki, ölkədaxili ödənişlərdə hər 2 manat xərcləməyə görə minimum 1 mil, xaricdə isə hər 1 manat xərcləməyə görə 1 mil hesablanır. Toplanan millər 2 il qüvvədə qalır və ay ərzində maksimum 30 min mil qazanmaq mümkündür. Kart sahibləri həmçinin Mastercard Airport Experiences və LoungeKey xidmətlərindən də yararlana bilirlər.