"S&P":Azərbaycanın bank sistemində problemli kreditlərin payı 12-15%-dək arta bilər

"S&P":Azərbaycanın bank sistemində problemli kreditlərin payı 12-15%-dək arta bilər

BANK
4,062

“S&P” hesab edir ki, 2020-ci ilin yekunları üzrə Azərbaycanın bank sistemində problemli kreditlərin payı kreditlərin ümumi həcminin 2019-cu ilin sonuna olan təxminən 8%-dən 12-15%-nə çata bilər.

Fins.az xəbər  verir  ki, bu barədə "S&P"reytinq agentliyinin hesabatında məlumat verilib.

Məlumata görə 2020-ci ildə Azərbaycanda yeni kreditlərin verilməsinin artım tempi azalıb, kreditlər üzrə mümkün itkilərlə bağlı ehtiyatların yaradılması xərcləri orta hesabla bankların kredit portfellərinin 4%-dək artıb (2015-2019-cu illər ərzində orta göstərici ilə müqayisədə 3,2%). Bu ona gətirib çıxaracaq ki, bəzi banklar maliyyə nəticələrini yalnız zərərsizlik səviyyəsində nümayiş etdirə biləcək

“S&P” bankların fondlaşdırılma profillərinə təzyiqin artmasının mümkünlüyünü qeyd edir. “Rezidentlərin öz əmanətlərini xarici valyutaya daha fəal şəkildə konvertasiya edəcəyi və ABŞ dolları ilə olan depozitlərin axınının sürətlənəcəyi halda qısamüddətli perspektivdə ölkənin bank sistemində valyuta likvidliyinin həcmi azala bilər. Bildiyimiz kimi, bu günə qədər nə rezidentlərin əmanətlərinin xarici valyutaya konvertasiyasının həcmində artım, nə də onların banklardan çıxarılması faktları qeydə alınmayıb", - deyə agentliyin analitikləri hesab edirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"S&P":Azərbaycanın bank sistemində problemli kreditlərin payı 12-15%-dək arta bilər — Fins.az — Fins.az