S&P Azərbaycanın bank sektoru üzrə BICRA reytinqini yüksəldib

S&P Azərbaycanın bank sektoru üzrə BICRA reytinqini yüksəldib

BANK
454

Fins.az - Beynəlxalq reytinq agentliyi S&P Bank Sektorunun Ölkə Risk Qiymətləndirməsi (BICRA) hesabatını açıqlayıb. Hesabata görə, agentlik Azərbaycanın bank sektoru üçün sahəvi risk komponenti üzrə reytinqi 8-ci səviyyədən 7-ci səviyyəyə yüksəldib.

S&P-nin açıqlamasında bildirilir ki, bu müsbət dəyişiklik əsasən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə institutlarının tənzimlənməsi və nəzarətinin modernləşdirilməsi təşəbbüslərinin həyata keçirilməsi ilə əlaqədardır.

Hesabatda xüsusi vurğulanır ki, bu təşəbbüslər Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə reallaşdırılıb və ölkənin tənzimləmə və nəzarət çərçivəsini beynəlxalq təcrübəyə yaxınlaşdırmaq məqsədi daşıyır. S&P həmçinin qeyd edib ki, Mərkəzi Bankın son üç ildə həyata keçirdiyi tənzimləyici təşəbbüslərin əhatə dairəsi xeyli genişlənib ki, bu da bank sektorunun şəffaflığını və investor etimadını artırır.

Agentliyin qiymətləndirməsinə görə, reytinqin yüksəlməsi Azərbaycan bank sektorunun risk idarəçiliyi səviyyəsinin yaxşılaşmasını və maliyyə sisteminin dayanıqlığının artdığını göstərir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
S&P Azərbaycanın bank sektoru üzrə BICRA reytinqini yüksəldib — Fins.az — Fins.az