
Samir Hümbətov:Bu istiqamətdə dövlət 100 milyon manat vəsaitin verilməsini nəzərdə tutub
10 min manata qədər kredit alan sahibkarların mövcud kreditləri üzrə faizlərin 10%-dən subsidiyalaşdırılması məsələsidir. Bu istiqamətdə dövlət 100 milyon manat vəsaitin verilməsini nəzərdə tutub.
Fins.az xəbər verir ki,bunu 10-cu Beynəlxalq “Caspian Energy Investment” Forum və 5-ci Beynəlxalq “Caspian Business Award 2020” mükafatının təqdimetmə mərasimində Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Samir Hümbətov deyib.
O bildirib ki, pandemik vəziyyət kredit təşkilatlarında və sahibkarlrda sıxıntı yaradır. Məlum deyil vəziyyət nə qədər uzanacaq bu haqda qərarların qəbul olunması çox risklidir.Ona görə də dövlət bu cür kreditlərə 60%-lik zəmanət təqdim etdi və onların kredit faizlərinin yarısının subsidiyalaşdırlmasını öz üzərinə götürdü. Bu situasiyada da sahibkarlarımız aktiv oldular onlar müəyyən cari xərclərinin və dövriyyə vəsaitlərinin ödənilməsi üçün krditlərə müraciət etdilər. Sahibkarlığın İnkişafı Fondu da hər iki proqramın icaraçısı olaraq sahibkarların yaxından dəstəkçisi oldu. Kömək etdi ki, insanlar öz iş yerlərini itirməsinlər,öz bizneslərini qoruyub saxlaya bilsinlər. Bu proqram üzrə dövlət hər bir kredit üzrə 60% zəmanəti öz üzərinə götürüb bu təxminən 500 milyon manatlıq vəsaiti əhatə edir.
O eyni zamanda qeyd edib ki, 2021-ci ilin sonuna qədər bu kreditlər verilməlidir. Kreditlərin maksimum faiz dərəcəsi 15% olmaqla 7,5% hissəsini də dövlət öz üzərinə götürdü bu istiqamətdə işlər davam etdirilir.
Samir Hümbətov "Digər bizim proqram isə 10 min manata qədər kredit alan sahibkarların mövcud kreditləri üzrə faizlərin 10%-dən subsidiyalaşdırılması məsələsidir. Bu istiqamətdə dövlət 100 milyon manat vəsaitin verilməsini nəzərdə tutub. "-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva