
Sahibkarlar üçün 250 min manatadək onlayn biznes krediti imkanı
Fins.az - Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün 5 000 manatdan 250 000 manatadək biznes krediti əldə etmək imkanı yaradılıb.
Yeni kredit məhsulu tam onlayn müraciət sistemi ilə təqdim olunur və sahibkarlara dövriyyə və investisiya ehtiyaclarını sürətli şəkildə maliyyələşdirməyə imkan verir.
Məlumata görə, kreditlər 3 aydan 36 ayadək müddətə rəsmiləşdirilir. Faiz dərəcəsi təxminən 12%–19% intervalında dəyişir. Kredit üzrə komissiya 0,6%-dən başlayır, faktiki illik faiz dərəcəsi isə 17,99%–22,25% aralığında formalaşır.
Yeni kredit məhsulunun əsas üstünlüklərindən biri müraciət prosesinin tam rəqəmsal olmasıdır. Sahibkarlar banka getmədən onlayn müraciət edə, qısa müddət ərzində ilkin cavab ala bilirlər. Bildirilir ki, müraciətlərə adətən 1 iş günü ərzində baxılır və təsdiqlənən kreditlər üzrə vəsait qısa zamanda hesablaşmaya yönləndirilir.
Kredit vəsaiti biznesin müxtəlif ehtiyacları üçün istifadə oluna bilər. Buraya dövriyyə kapitalının artırılması, mal və xammal alınması, eləcə də digər kommersiya məqsədləri daxildir.
Qeyd olunur ki, bu kreditdən yararlanmaq üçün sahibkarın ən azı 12 ay fəaliyyət göstərməsi və rəsmi maliyyə dövriyyəsinə malik olması əsas şərtlər sırasındadır.
Ətraflı məlumat və müraciət üçün:
https://sme.pashabank.az/onlayn-biznes-kredit/tecili-biznes-krediti