Sahibkar hesablarında olan pullar niyə  sığortalanmır ? -SƏBƏB BARƏDƏ RƏSMİ AÇIQLAMA

Sahibkar hesablarında olan pullar niyə sığortalanmır ? -SƏBƏB BARƏDƏ RƏSMİ AÇIQLAMA

BANK
1,186

"Əmanətlərin Sığortalanması haqqında" qanunun qəbul edildiyi dövrlə indiki dövrün reallıqları ,hədəfləri fərqlənir.Sahibkarların bank hesabında olan vəsaitlərinin qorunmasının yeni üsulları hazırda tətbiq oluna bilər"

Fins.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosasiyasının Hüquqi məsələlər üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev Atv tv  kanalında efirə gedən "İqtisadi Zona" verilişinə deyib 

Əmanətlərin sığortalanmasının sahibkar hesablarına şamil edilməməsi ilə bağlı Qorxmaz Ağayev əlavə edib  ki, "Təklif olaraq hesab edirəm ki, özəl təşəbbüslərin xüsusilə özəl sığorta şirkətlərinin bank əmanətlərinin sığortalanması prosesinə cəlb olunmalıdır. Həqiqətən də o sektor ki, həmin sektora birbaşa requlyativ nəzarət var. Həmim sektorda risklərin az olduğu bir vəziyyətdə sığorta şirkətlərinin əmanətləri sığortalamaması təəccüblü görünür."

O eyni zamanda sahibkarlara qarşı nağdsız hesbalaşmalarla bağlı qoyulan tələblə qanunun digər tələbi arasında  olan ziddiyyətlərə aydınlıq gətirərək deyib ki,biz bilirik ki,sahibkarlar nağdsız hesablaşmalar haqqında qanunun tələblərinə əsasən əməliyyatlarını nağdsız qaydada həyata keçirə bilərlər. Bu əksər sahibkarlar aiddir.Onlar nağdsız qaydada həyata keçirməli olduğu əməliyyatlar üzrə vəsaitləri də bank hesablarında saxlamalıdır. Bu o deməkdir k,i həm məcburi həmdə vergi metodları ilə sahibkarlar öz vəsaitlərini banklara təhvil vermək məcburiyyətindədirlər. Bu tələblə yanaşı onların banklarda saxlanılan vəsaitlərinə təminat verilmir. Yəni bu təbii ki,ziddiyyətlər gətirib çıxarır bəzən haqlı narazılıqlara səbəb olur.

Qanunda olan bu boşluğun ardana qaldırılması ilə bağlı  ABA rəsmisi "Düşünürəm ki,bizim yeni çağırış parlamentimiz bu məsələyə öz fikrini bildirəcək daha düzgün tənzimləmə müəyyən edəcək. bütün hallarda ən düzgün variant özəl sığorta şirkətlərinin bu prosesə qoşulmasıdır"-deyə qeyd edib

Bununla bağlı təkliflərin irəli sürülməsinə də toxunan Qorxmaz Ağayev  deyib ki,"Hazırda Nazirlər kabinetinin qərarı ilə pandemiya və post pandemiya dövründə iqtisadiyyatın dəstəklənməsi üzrə cənab prezident İlham Əliyevin fərmanı əsasında işlər aparılır.Bu çərçivədə bu məsələlər hazırda müzakirə predmetidir."

Müəllif:Aynur Qəniyeva

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sahibkar hesablarında olan pullar niyə sığortalanmır ? -SƏBƏB BARƏDƏ RƏSMİ AÇIQLAMA — Fins.az — Fins.az