
Rubl yenidən dəyər itirir
Dünya bazarında neft qiymətlərində qeyri-stabillik bu gün axşama doğru rublun məzənnəsinin yenə ucuzlaşmasına səbəb olub.
Fins.az xəbər verir ki, dollar yenidən 1,4 rubl bahalaşıb və hazırda 73 rubla çatır.
Avro isə 82,27 rubla qalxıb.
Qeyd edək ki, günorta saatlarında dollar 71,5 rubl, avro isə 81,07 rubla enmişdi.