
Rəsmi məzənnələr açıqlandı
2020-ci ilin Mart ayının 12-nə Mərkəzi Bankın açıqladığı rəsmi Dollar/Manat məzənnəsi Martın 11-i ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, Avro/manat məzənnəsi 1.9201 manata düşüb, Rubl/manat məzənnəsi isə 0,0231 manata düşüb.
1 Türk lirəsi isə 0,2735 manata geriləyib.
Bu barədə fins.az-a Mərkəzi Bankdan bildirilib.
Martın 11-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9284 manata, 1 Rubl 0,0241 manata, 1 Türk lirəsi isə 0,2768 manata bərabər idi.
